24-03-2023, 13:48
Gündəm/Hadisə/Dünya

İstanbulda oteldə baş verən yanğında iki nəfər ölüb

İstanbulda oteldə baş verən yanğında iki nəfər ölüb

"Kanal14.az"ın TRT-yə istinadən verdiyi məlumata görə, cümə günü İstanbulda oteldə baş verən yanğında azı 2 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Hazırda məlum olmayan səbəblərdən Pendik ərazisində 7 mərtəbəli oteldə yanğın baş verib. Xilasedicilər onu 45 dəqiqəyə söndürə biliblər.

Kanal14.az
Samirə Əsgərova

 

Oxşar xəbərlər