9-03-2023, 16:36
Gündəm/Hadisə/Dünya

Təl-Əvivdə məhkəmə islahatlarına qarşı etirazçılar magistral yolu bağlayıblar

Təl-Əvivdə məhkəmə islahatlarına qarşı etirazçılar magistral yolu bağlayıblar

"Kanal14.az"ın İsrailin "Ynet" portalına istinadən məlumatına görə, İsrail hüquq sistemində islahatlara qarşı çıxan minlərlə nümayişçi Tel-Əvivdə hökumət kompleksi yaxınlığında əsas magistralın bir hissəsini bağlayıb.

Həbim şəhərinin mərkəzi meydanında minlərlə insanın etirazı başlayıb, daha sonra etirazçılardan ibarət izdiham hökumət kompleksi istiqamətində yürüş edib.

Ynet-in məlumatına görə, atlı polis etirazçıları saxlamağa çalışır.

Kanal14.az
Jalə Əsədova

 

Oxşar xəbərlər