Elşad Hacıyevə yeni rütbə verilib
"DogruXeber.az" xəbər verir ki, Daxili İşlər Naziri Vilayət Eyvazov 13.01.2023-cü il tarixində yeni əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya Vasitələri (KİV) və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılaraq, polis polkovnik-leytenantı rütbəsi verilib.
"DogruXeber.az" olaraq, işində olduqca məsuliyyətli, məlumat və müraciətlərə obyektiv və operativ yanaşan jurnalistlərin dostu adlandırdığımız hörmətli Elşad Hacıyevi təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.
DogruXeber.az