Rusiya Ukaynanın dörd regionunda yenidən seçki keçirəcək
Rusiya prezident administrasiyası Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin tətbiqinə baxmayaraq 2023-cü ilin iyulunda seçkilər keçirəcək.
"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, hazırda hakimiyyət bu məsələ ilə bağlı vəkillərlə məsləhətləşmələr aparır.
