"Paşinyan Azərbaycanın maraqlarına xidmət edir" - Seyran Ohanyan
"Kanal14.az" xəbər verir ki, İrəvanda müxalifətin keçirdiyi iclasda çıxış edən Ohanyan Paşinyanın Ermənistanın deyil, Türkiyə və Azərbaycanın maraqlarına xidmət etdiyini əsaslandırıb.
O, həmçininin Ermənistanı ordusunun yenidən qurulmasında və diplomatiya sahəsində addım atmaqda dəyərli vaxt itirdiyini vurğulayıb.
Qeyd edək ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. O, hazırda Ermənistan parlamentin üzvüdür.
