30-08-2022, 15:00
Gündəm/Siyasət/Dünya

Erməni deputatlar Türkiyəyə gedir

Erməni deputatlar Türkiyəyə gedir

Ermənistan parlamentinin deputatları Türkiyəyə səfər edəcək.

"Kanal14.az" news.am-a istinadən xəbər verir ki, deputatlar Eduard Ağacanyan və Armen Gevorkyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak etmək üçün Türkiyəyə gedəcək. Onlar İzmirdə AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasına qatılacaqlar.

Bildirək ki, AŞPA-nın İzmirdəki iclası sentyabrın 21-dən 24-nə qədər baş tutacaq.

Oxşar xəbərlər