25-01-2022, 17:48
Gündəm/Siyasət

Vilayət Eyvazov Kərəm Mustafayevin qardaşını yüksək vəzifəyə təyin etdi - ƏMR

Vilayət Eyvazov Kərəm Mustafayevin qardaşını yüksək vəzifəyə təyin etdi - ƏMR

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdaş Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.

"Kanal14.az" manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Rasim Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rasim Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.

Oxşar xəbərlər