14-01-2022, 09:24
Gündəm/Siyasət/Sosial

Ekologiya Nazirliyində şübhəli TENDER MÜQAVİLƏSİ - FOTO

Ekologiya Nazirliyində şübhəli TENDER MÜQAVİLƏSİ - FOTO

"DogruXeber.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11.01.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Elektron Hökumətin İnkişafı Mərkəzi" Publik Hüquqi Şəxsi (VÖEN: 1503985871) ilə tender müqaviləsi bağlaması haqqında məlumat dərc edilib. Müqavilənin müddəti 05.01.2022-ci il tarixindən, 3112.2022-ci il tarixinə qədər göstərilir.

Ekologiya Nazirliyində şübhəli TENDER MÜQAVİLƏSİ - FOTO


Lakin qeyd edək ki, Satınalma Portalında ""Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) təkmilləşdirilməsi istiqamətində yeni modulların yaradılması, mütəmadi texniki xidmətin göstərilməsi və sistemin müvafiq serverlərdə saxlanılmasının 1 (bir) illik dövr üçün xidmətinin satın alınması" məqsədilə, 119998.92 (yüz on doqquz min, doqquz yüz doxsan səkkiz - doxsan iki) AZN məbləğlə bağlanmış müqavilənin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib.

Bu isə bəzi şübhələr doğurur.

Qarşı tərəfin də bu barədə açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Oxşar xəbərlər