Bakıda bu marşrut xətlərində ödəniş "BakıKart"la olacaq

Kanal14.az: - Oktyabrın 8-dən Bakıda 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi - "20 Yanvar" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
Sonxeber.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.