9-07-2021, 12:03
Gündəm/Sosial

Deputat Razi Nurullayevdən Əli Kərimliyə: - "15 dəqiqə ərzində mat və pat olacaqsınız"

Deputat Razi Nurullayevdən Əli Kərimliyə: - "15 dəqiqə ərzində mat və pat olacaqsınız"

 

 
Kanal14.az: - Milli Məclisdə çıxış edərək Azərbaycanın zəfərini qaralamağa çalışanları sərt tənqid etdi. "Ermənistan və erməni lobbisi Azərbaycanın üzərinə düşüb ki, qondarma rejimə status verilsin, Zəngəzur dəhlizi olmasın. Məni narahat edən ölkəmizdə ermənilərlə bərabər bir unisona üfürənlərdir. Adını siyasətçi qoyan bəziləri elə tutub ki, Zəngəzur olmayacaq, Xankəndi bizim deyil, niyə dayandıq, niyə erməniləri tam qovmadıq və sairə. Bu fitnə ilə ancaq xaricdə rahat oturub özünü Herakl hesab edənlər və Əli Kərimli məşğul idisə indi onunla unisona üfürənlər də çoxalıb”, deyə, R.Nurullayev bildirdi.

Deputat qeyd etdi ki, populizmə qapılaraq bunu xeyli siyasi partiya rəhbərləri deyir: "Əminəm ki, bu şəkildə pafasla danışanların heç biri 27 sentyabrdan 28-nə çıxa bilməzdi. Kim ki, deyir niyə dayandıq, nəinki kənd, şəhər, heç bir qarış torpaq ala bilməzdilər. Yekə-yekə danışmağa nə var ki? Mingəçevir və Səngəçala raketlər düşsəydi nə edəcəkdiniz? Bakıda minlərlə adamlar bomba uçqunlarının altında inləyib can verəndə də deyəcəkdiniz ki, niyə vaxtında dayanmadınız?

Belə çıxır kox Paşinyanla sizin düşüncəniz arasında fərq yoxdur. Niyə düşüncələriniz 90-cı illərin əvəvllərindən bu günə dəyişməyib? Elçibəy hökuməti zamanı az qala bütün Qarabağ azad edilmişdi də, niyə saxlaya bilmədik? Çünki, elə indiki kimi düşüncəniz var idi və cəzası daha böyük əraziləri itirməklə nəticələndi və üstəlik də Elçibəy hakimiyyətinin itirilməsi oldu. Bu hakimiyyət sizlər kimi hay-küyə, yalançı qəhrəmanlığa və xaosa yer vermədiyi üçündür ki, 25 ildir ki, iqtidarını qoruyub saxlaya bilir.

Siz bir həftə hakimiyyətdə olsanız, and içirəm ki, Qarabağı birdəfəlik itirərik, üstəlik, müstəqilliyi də. Bunun üçün yeni siyasi qüvvələr güclənməlidir, siyasi mədəniyyət formalaşmalıdır. Biz bu yolda addımlayırıq və ümidvaram ki, çox şey fərqli olacaq”.

R.Nurullayev qeyd etdi ki, bu qüvvələr siyasəti lağlağıya çeviriblər: "Əli Kərimli deyir ki, Prezidentlə görüşüm. Bütün dünyada hər kəs güclə, intellektlə, məntiqlə hesablaşır. Prezidentin bu sahə üzrə təyin etdiyi məmur var - Ədalət müəllim Vəliyev. Siz hələ görün intellektiniz, dünyagörüşünüz, savadınız onunla danışmağa bəs edirmi? 15 dəqiqə ərzində mat və pat olacaqsınız. Siyasət ərköyün uşaq deyil ki, nazına dözəsən. İndi intellekt və siyasi mədəniyyət zamanıdır”..//dia.az

Oxşar xəbərlər