Şoyqu NATO-nu ittiham edib, ordunun döyüş qabiliyyətinin artırıldığını açıqlayıb
![]()
"Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artırılır” .
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
"Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir,” – nazir Rusiya Müdafiə Nazirliyindəki görüşdə deyib.
Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: "Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub.
Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”.