Şuşada icra başçısı olmayacaq – Prezident yeni model qurur
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı maddələr əlavə edilib:
– Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;
– Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;
– Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.
***
Bundan başqa, dövlət başçısı Prezidentin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərmanı da imzalayıb.
Fərmana əsasən, Təsnifat Toplusuna aşağıdakı məzmun əlavə edilib:
"Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi”.