17-08-2020, 12:48
Dünya

Avropada gecə klubları və diskotekalar bağlanır

İspaniya koronavirus səbəbiylə yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Orada yoluxanların böyümə tempi Avropada ən yüksəkdir. Hər 100 min nəfərə 116 nəfər düşür.

Kanal14.az bildirir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Mənbə bildirir ki, Madrid və kurort bölgələrindəki gecə klubları bağlanır; bar və restoranlar gecə saat 1-dək işini dayandırmalıdır.

Məsafəni saxlamaq mümkün olmadıqda, ictimai yerlərdə siqaret çəkmək də qadağandır. Qocalar evlərinə baş çəkmək məhdudiyyətləri də tətbiq olunur.

Fransada ardıcıl ikinci gündür ki, yeni infeksiyanın sayı 3 min nəfəri keçməkdədir. Getdikcə daha çox bələdiyyələr və icmalar maskaların məcburi şəkildə geyilməsini küçədə – ilk növbədə şəhər mərkəzlərində, məsələn Parisdəki Yelisey çöllərində tətbiq edirlər. Fransanın paytaxtı Marsel kimi yüksək riskli bir bölgə elan edilib.

İtaliya hökuməti ən azı üç həftə bütün diskotekaları və rəqs meydançarını bağlayır, bölgələr artıq bu müəssisələrin nə vaxt açılacağını müstəqil qərar vermək hüququndan məhrumdur. Bundan əlavə, axşam saat 6-dan səhər saat 6-ya qədər barların, klubların və ya bir çox insanın toplaşa biləcəyi digər yerlərin qarşısında maskalar taxmaq məcburidir.

Yunanıstana daxil olan xarici ölkə vətəndaşları mənfi koronavirus testi verməlidirlər. Belə ölkələrin siyahısı genişləndirilir, test səfərdən üç gün əvvəl edilməlidir.

Siyahıya Belçika, İspaniya, Niderland, Çexiya və İsveç də daxildir.

(Aqreqrator.az)

Oxşar xəbərlər