Çindən cavab: Konsulluğun lisenziyası ləğv edildi

ABŞ-ın Çenqdudakı Baş konsolluğunun lisenziyası ləğv edilib.
Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin hökuməti bu qərarı "ABŞ-ın məntiqsiz hərəkətinə lazımlı və qanuni” cavab kimi atdığını xatırladıb.
Qeyd edək ki, iyulun 22-də ABŞ Çindən Hyuston şəhərindəki Baş Konsolluğu 72 saat ərzində bağlamağı tələb edib.