Ruhani Putinlə danışdı: Sazişin qorunması...

İran Prezidenti Həsən Ruhaninin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.
Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Ruhani "Astana” zirvəsinə toxunub:
"Üç ölkənin, xüsusən də humanitar məsələlərdə qarşıya qoyulan məqsədlərə çatması üçün Astana prosesinin davam etdirilməsi vacibdir”.
Ruhani eyni zamanda, nüvə razılaşmasının qorunmasının və ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı cəhdlərinə qarşı çıxmağın vacibliyini vurğulayıb.
Putin isə öz növbəsində nüvə razılaşmasını dəstəklədiyini bildirib.
Rusiya lideri, həmçinin İranın beynəlxalq mövqeyini dəstəkləməyə davam edəcəklərini vurğulayıb.